Tarizan...

Baxış sayı: 
566
2  
0  
Tarizan...
kök eylə,
tarını Zəminxarəyə,
Dərdlərim içimdə kök atıb gedir,
Məcnun məcnunluqdan,
o yana keçib,
Leyliylə səhrada baş alıb gedir.
Hanı Rəmiş çalan
"Ay işığında ",
Axa ürəklərə yaş gilə-gilə,
Bir qəlb sevgisini,
qırmamalıydım,
Sevgisin ruhunda, mən bilə-bilə...
Hardan alım,
Süleyman¹ın "Dəşti"sin,
Dünyanı gözümdə, qap-qara etsin,
Salsın
uşaqlığın xəyallarına,
Həsrətli ürəymi pam-para etsin....
Teymur²un "Ay qızı",
Zabul segahı,
Dondura damardan axan qanımı,
Aparıb ruhumu
qata ruhlara,
Habilin segahı ala canımı.
Ağdam həsrətlisi
Qədiri görəm,
Dalan xəyallara əldə qəlyanı,
Görəm Səxavəti
qaval əlində
Oxuyan..."Apardı sellər Saran"ı....
Gözlərim önündən
çəkilib getmir,
Nə Xan, nə Əbülfət ,nədəki Yaqub,
Köçdülər Sabirlər ³
fəqət dünyadan,
Nə Hacıbaba undulub, İslam undulub.
Al sazı sinənə,
sən də Ədalət,
Salaq Ədalət⁴in ruhunu yada,
Söz açaq Zəlimxan,
Məmməd Arazdan,
Sücayət, Bəhməndən gəlməz bir daha.
O ruh dediyimiz
elə muğamdı,
Yada sevgi salan, məhəbbət salan,
Eldəniz,
yazginən şeyrini
muğamın altda,
Alıb öz kamını "Rast"dan , "Şahnaz"dan...
¹-Süleyman Abdullayev
²-Sabir Mirzəyev
³-Hacıbaba Hüseynov
⁴-Ədalət Nəsibov.

Eldəniz XUDUYEV

Turanpress.org