​ Press-Reliz

Baxış sayı: 
237
1  
0  

                              
                          
      “Sağlam həyata doğru”Ekoloji İctimai Birliyi
                        E-mail: h_sadiq@mail.ru, ecolifengo@yahoo.com
                                    
                         tel:+9940506343621, +9940552258521
08.08.2018-ci il tarixində Şabran  rayonunun H.Əliyev adına mərkəzində ”Sağlam həyata doğru”  EİB  AR  Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat sənayesində şəffaflıq və heabatlılıq barədə bilik və məlumatların artırılması məqsədilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində   rayonunun aidiyyatı dövlət idarələrinin işçiləri, təhsil, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri  və rayon sakinləri ilə dəyirmi masa keçirmişdir. Tədbirdə Mədən sənayesi barədə tarixi məlumatlar, hesabalılıq və şəffaflıq barədə geniş məlumatlar olan  maarifləndirici bukletlər  iştitrakçılra paylanmış və müzakirə təşkil olunmuşdur.
 Tədbiri giriş sözü ilə Şabran rayon icra hakimiyyətinin nümayəndəsi Fərid Muradzadə  açmış, qonaqları salamlayaraq mövzu ətrafında qısa məlumat vermişdir. Sonra mövzu barəsində danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB-nin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova vermişdir.
S.Həsənov çıxış edərək qeyd etmişdir ki, mədən sənayesindən gələn gəlirlər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir.  Neft və qaz istehsalının intensiv inkişafı, bu sektordan gələn gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönəldilməsi, dövlət büdcəsinə transferlər, sosial və infrastrüktur layihələrinin həyata keçirilməsi Azərbaycan Dövlət Neft fonduna toplanan vəsaitlərin hesabına həyata keçirilir.
Azərbaycan Konstitusiyasının Təbii ehtiyatlar üzrə 14-cü maddəsində  ölkənin təbii sərvətlərinin Azərbaycan Respublikasına və onun xalqına mənsub olunması birbaşa qeyd olunmuşdur.  Azərbaycan Mədən sənayesində Şəffaflıq və hesabatlılıq təşəbbüslərinə 2003-cü ilin iyun ayında qoşulmuş və bu sektor üzrə aparılan bütün hasilat, nəql və satışdan gələn gəlirlər barədə illik hesabatlılıq  sistemini tətbiq edilmişdir. Mədən sənayesində fəaliyyət göstərən bütün transmilli şirkətlər, SOCAR və digər şirkətlər hər il öz hesabatlarını açıqlamalı və audit yoxlamalarının rəylərini təqdim etməlidirlər.  Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri(HSŞT) sahəsində  Azərbaycan ictimaiyyətində bilik və məlumatların artırılması, bu istiqamətdə görülən işlər, bu sektordan gələn gəlirlərdən həyata keçirilən layihələr zamanı şəffaflıq və hesabatlılığın tam olması üçün ictimaiyyət nümayəndələri, ölkə gəncliyi və əhalinin digər kateqoriyaları biliklərini artırmaqla iştirak etmələri prosesdə şəffaflığı dahada artıra bilər. Ölkədə neft və qaz istehsalından yaranan gəlirlər barədə Neft fondunun saytı vasitəsilə hər il illik hesabatlar təqdim olunur, lakin bu sahədə çatışmazlıqlar çoxdur və biz bu layihə vasitəsilə insanları maarifləndirmək, dərc olunan hesabatları onlara çatdırmaq və layihələrin icrası zamanı mənimsəmə və korrupsiya hallarının qarşısını almaq üçün vətəndaş cəmiyyətləri üzvləri və ölkə əhalisinin məlumatlı və aktiv olmaları üçün həyata keçiririk. Bu sektor haqqında biliklərinin artırılması ölkənin inkişafına dəstək ola bilər və nəticədə daxil olan gəlirlər hesabına insanlarımız daha yaxşı yaşaya bilər.
Tədbirdə layihənin eksperti Həsrət Rüstəmov çıxış edərək qeyd etdi ki, Azərbaycan hökuməti 2003-cü ildə Mədən sənayesində şəffaflıq və hesabatlılıq(MHŞT) təşəbbüsünə qoşulmuş və bu sahədə üzərinə müəyyən öhdəliklər götürmüşdür. Bu öhdəliklərin yerinə yetirilməsində xeyli işlər görülmüş və hesabatlılıq sistemi tətbiq edilmişdir. Azərbaycan hökuməti hesabatlılığı və şəffaflığı təmin etmək üçün Vətəndaş cəmiyyətinin nümayəndələrini Dövlət Neft Fondunda təşkil olunan dövlət komissiyasının tədbirlərinə dəvət edir və müzakirələrdə iştirakına tam şərait yaradılır. Lakin bu təşəbbüsün daha səmərəli olması üçün əhalinin geniş tərkibinin bu müzakirələrə qoşulması, hesabatları diqqətlə oxuması və təkliflər verməsi iqtisadi inkişafı davamlı və dayanıqlı edə bilər. Azərbaycan əhalisinin bu proseslərdə zəif iştirak etməsi və müzakirələrə qoşulmaması bu gəlirlərdən maliyyələşən layihələrin həyata keçirilməsində tam şəffaflığın və hesabatlılıqda çatışmazlıqların yaranmasıına səbəb olur. MHŞT təşəbbüsünün müvafiq bəndlərində insanların iştirakının vacibliyi və hökumətlərin bunları etməyə borclu olduğu xüsusi olaraq qeyd edilir.
Tədbirdə Şabran rayon H.Əliyev Mərkəzinin rəhbəri Təvəkkül Əliyev çıxış edərək Mədən sənayesində aparılan işlər, hesabatlılıq və şəffaflıq barədə öz fikirlərini iştirakçılarla bölüşdü. Şəhər Mərkəzi kitabxanasının işçisi Samirə Məmmədova və Gənclər işləri idarəsindən Kamran Mehtiyev Şabran rayonunun dahada inkişafı üçün rayonun kənd təsərrüfatına daha müasir texnologiyaların cəlb olunması və kənd təsərrüfatında müasir metodların tətbiqinə ehtiyac var və bu yeni iş yerlərinin açılmasına köməklik ola bilər. Bunun üçün rayonda yeni kənd təsərrüfatına aid olan istehsal müəsisələrinin açılması yaxşı olardı.
Tədbirdə həmçinin Şabran rayon 2-saylı uşaq bağçasının müəlliməsi Rahilə Cavadova və Gənclər və İdman İdarəsindən Musa Hüseynov çıxış edərək müxtəlif təkliflər verdilər.
 
09.08.2018-ci il tarixində Quba  rayonunun Tarix və Diyarşünaslıq mərkəzində  Sağlam həyata doğru” EİB-yi “Hasilat sənayesində şəffaflıq və heabatlılıq barədə bilik və məlumatların artırılması məqsədilə tədbirlərin keçirilməsi” layihəsinin növbəti tədbirini keçirmişdir. Tədbirdə Muzey işçiləri, təhsil, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri  və rayon sakinləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Quba rayon icra hakimiyyətinin İctimai- siyasi şöbəsinin baş mütəxəssisi Əhməd Nurullayev açmış, qonaqları salamlayaraq layihə haqqında qısa məlumat vermişdir. Sonra mövzu barəsində danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, Sadiq Həsənova vermişdir.
S.Həsənov çıxış edərək qeyd etmişdir ki, mədən sənayesi və bu sektordan  gələn gəlirlər və xərclənməsi üzrə şəffaflıq və hesabatlılığın barədə əhalinin maariflənməsi   Azərbaycanda iqtisadiyyatın daha inkişaf etməsinə stimul verməsinin əsasını təşkil edir.  Neft və qaz istehsalından, dağ mədən sənayesinin hasilatından gələn gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönəldilməsi, dövlət büdcəsinə transferlər, sosial və infrastrüktur layihələrinin həyata keçirilməsi və bu layihələrin icrasında əhalinin geniş tərkibinin iştirak etməsi iqtisadi inkişafımızda əhəmiyyətli iqtisadi inkişafa səbəb ola bilər.
Məruzəçi qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli beynəlxalq şirkətlər və bu sektorla əlaqəli bütün şirkətlər mədən sənayesinin fəaliyyəti ilə bağlı gəlirlərini və xərclərini açıqlamalıdırlar.  Bizim məqsədimiz vətəndaşlarımızı daha çox məlumat almağa və istənilən mövzu ilə bağlı yaranan sualları birbaşa dövlət orqanlarına çatdırılması üçün təşəbbüslərin artırılması barədə məlumatlandırmaq və maarifçilik aparmaqdır. 
Ekspert H.Rüstəmov çıxış edərək MSŞH-nin yaranması tarixi və əsas müddəları barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə Tarix və Diyarşünaslıq muzeyinin direktoru Məryəm xanım Hacıyeva çıxış edərək Quba rayonunda görülən işlər barədə məlumat verdi və Quba rayonunda tarix muzeyinin açılması üçün maliyyənin ayrılması və bu maliyyə hesabına tarixi eksponatların toplanması və müasir avadanlıqlarla təchiz olunmuş muzey Azərbaycan hökumətinin maliyyə yardımı əsasında yerinə yetirilmişdir. Biz bu muzeydə müxtəlif mövzularda müzakirələr təşkil edirik və bundan sonra Mədən sənayesində şəffaflıq və hesabatlılıq barədə bu tədbirdə təşkilatın verdiyi mühüm məlumatlar əsasında tədbirlər təşkil edərək əhalinin maarifləndirilməsini təşkil edəcəyik. Bu istiqamətdə layihənin rəhbərliyi və ekspertləri bizə geniş maarifləndirici materiallar təqdim etdilər.
 
Tədbirdə həmçinin Quba  rayon tarix muzeyinin əməkdaşı Nüşabə Bayramova, Dilbər Babayeva, Şəhidlər muzeyindən Nail Əmirbəyov çıxış edərək müxtəlif təkliflər verdilər.
 
10.08.2018-ci il tarixində Xaçmaz  rayonunun Turizm və İnformasiya idarəsində  Sağlam həyata doğru” EİB-yi “Hasilat sənayesində şəffaflıq və heabatlılıq barədə bilik və məlumatların artırılması məqsədilə tədbirlərin keçirilməsi” layihəsinin ölkənin şimal bölgəsi üzrə növbəti tədbirini keçirmişdir. Tədbirdə icra hakimiyyətinin nümayəndələri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri  və rayon sakinləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin İctimai və humanitar şöbəsinin baş məsləhətçisi Yaqut xanım Məsimova açmış, qonaqları salamlayaraq layihə haqqında qısa məlumat vermişdir. Sonra mövzu barəsində danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, Sadiq Həsənova vermişdir.
S.Həsənov çıxış edərək qeyd etmişdir ki, mədən sənayesində şəffaflıq və hesabatlılıq təşəbbüsü(MHŞT) 2003-cü ildən başlanmışdır və Azərbaycan hökuməti ölkə prezidenti cənab İ.Əliyevin rəhbərliyi ilə bu təşəbbüsə qoşulmuşdur. Bundan sonra Azərbaycan hökuməti imzalanmış memaronduma uyğun olaraq hasilat sənayesində şəffaflıq və hesabatlılıq sistemini tətbiq etmiş və illik hazırlanmış hesabatlar müstəqil auditor tərəfindən audit edildikdən sonra Neft fondunun veb səhifəsinə yerləşdirilir və bütün əhali üçün açıq sənəddir. 2017-ci ildə Azərbaycan hökumətinə olan beynəlxalq təzyiqlərdən sonra Azərbaycan hökuməti bu təşəbbüsdən çıxdığını bəyan etmiş lakin hesabatlılıq və şəffaflıq təşəbbüslərini davam etdirməyi bəyan edərək və Hasilat sənayesində şəffaflıq təşəbbüslərini davam etdirmişdir. Bununla bağlı ölkə Prezidentinin mart 2017-ci ildə müvafiq sərəncamı çıxmış və aidiyyatı dövlət idarələri və QHT-lərdən ibarət dövlət komissiyası yaradılmışdır. Hazırda Azərbaycan bu təşəbbüsü davam etdirir və bu sektordan  gələn gəlirlər və xərclənməsi üzrə şəffaflıq və hesabatlılığın artırılması, əhalinin maariflənməsi işləri görülür.   
Tədbirdə Xaçmaz rayon İcra hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova çıxış edərək Xaçmaz  rayonunda aparılan quruculuq işləri, rayon ictimaiyyəti ilə görüşlər və əhalini əsasən narahat edən məsələlərdən danışdı. 6 saylı uşaq bağçanın müəlliməsi Dilşad Heydərova çıxış edərək bildirdi ki, baxmayaraq ki, Xaçmaz rayonu mədən sənayesi ilə məşğul deyil lakin ordan gələn gəlirlərin hesabına rayonda xeyli abadlıq işləri görülmüş, infrastrüktur layihələri həyata keçirilmişdir.
Tədbirdə həmçinin Xaçmaz Gİİ-nin əməkdaşı Nizami Mustafayev, rayon Turizm və İnformasiya mərkəzinin nümayəndəsi Aygün Məhərrəmova, Xaçmaz rayon MSK-nın nümayəndəsi Şəlalə Sultanova çıxlş edərək rayonda yaradılan infrastrüktur layihələrindən danışaraq bu rayonun regionun mərkəzi olduğun nəzərə alaraq daha çox layihələrin həyata keçirilməsi üçün təkliflərlə çıxış etdilər.  
 
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi
Xaçmaz,10 avqust  2018-ci  il