Dəcəl....qız.

Baxış sayı: 
614
4  
0  

 

 
Niyə səs verməyirsən,
ay ana sən səsimə,
Küsəcəyəm mən səndən,
bir də dəysən xətrimə.
Yaxşı paltarlarımdan ,
seçib verəcəm indi,
Ütüsünü çək gətir,
onu mənə geyindir.
Harda yaxşı lentim var,
bağlaginən başıma,
Hörüklərim çox eylə,
yaraşıq vur saçıma.
Qır-qızılımı axtar,
çıxart qoy ortalığa,
Bağla bilərziklərdən,
sol qoluma həm sağa.
Çantamdan ən yaxşısın,
hazırla, hazır eylə ,
Gedəcəyəm gəzməyə,
onu da alım ələ.
Çoxdandı getməyirəm,
gəzməyə parka bağa,
Babam ilə bir yerdə,
hərlənib- dolanmağa.
Gəzə- gəzə sayıram,
babamla addımları,
Salam verib babaya ,
mən keçən adamları.
Gəzmək babamla birgə,
necə xoşdur gözəldir,
Çaşıb sözü səhv desəm,
o an səhvim düzəldir.
Hələ onunla birgə ,
şəkil çəkdirəcəyəm,
Ona şeir söyləyib,
gülüb güldürəcəyəm.
Nə sən inci ay,ana,
atam yadakı nənəm,
Hamınızdan daha çox,
mən babamı sevirəm.
Nə etsəz də siz mənə,
onuntək sevənmərəm
,Niyə böylə belədir ,
sirri sizə deyərəm.
Mən dünyaya gəlməmiş,
Tanrıdan məni umub,
Minlərlə ad içindən,
admı " SABİNA" qoyub.
Hər adım səslənəndə,
anacağam babamı,
Olacağam mən sizin,mən sizlərin davamı!

ELDƏNİZ XUDUYEV

Turanpress.org