Darıxmışam...

Darıxıb həsrətəm ötən illərə,
Onsuz da bilirəm,
qayıdan deyil,
zorla calasan da ili-illərə...
Yaman darıxmışam uşaqlıq üçün,
Atamın tənbehi:-
-az dəcəllik et,
Məsələ gözümə çətin gələndə,
Məllimin dediyi:
-ağlını sərf et...
Çalmayla gəzərdi anam həmişə,
tez-tez çalmasını,
açıb bağlardı,
Vaxtsız ölüb köçən bir bacım üçün,
diz üstə paltarın,
sərib ağlardı...
Yaman darıxmışam o günlər üçün,
deyəndə anamki,
qonaq gələcək,
Qonşu uşaqları yığışıb bizə,
plovdan çox əvvəl,
həlım içəcək...
Yaman darıxmışam, məktəb üçün mən,
bir al yanaqlıya,
olan hissimə,
Gecələr yadıma düşəndə mənim,
salan yuxularım,
salan tilsimə...
Necə darıxmayım o günlər üçün,
alı məktəbdəki,
gənclık illəri,
Köynəklər dəyişib, şalvar dəyişib,
görüşə getdiyim,
həmin günləri...
Yaman darıxmışam,yaman çox yaman,
mənə deyəndəki,
övladın olub,
Həkimin dediyi səmimi sözlər,
ay oğlum,
sevincdən gözlərin dolub...
Yaman darıxırdım o gün üçün də,
evdə nəvəmızın,
olduğu günü,
Biri ata olub birisə ana,
yaşayan özlərin,
təzə ömrünü....
...İndi sual edir,nəvələr mənə,
-ay, baba səndəmi,
uşaq olmusan,
Atamın biz qədər,yaşı olanda,
ona oyuncaqlar,
maşın almısan??...
-Bilirsən,ay baba,söz deyim sənə,
atam da sənintək,
qoca olacaq,
Yadaki,keçəcək lap çoxlu bir vaxt,
anam da nənəmtək,
eynək taxacaq?...
Yaman darıxmışam...







































